Ayaz Mütəllibovun vida mərasimi başladı - FOTO

Ayaz Mütəllibovun vida mərasimi başladı - FOTO

Hazırda oxunan: Ayaz Mütəllibovun vida mərasimi başladı - FOTO

66735

Ötən gecə dünyasını dəyişən eks-prezident Ayaz Mütəllibovun vida mərasimi başlayıb. 

Bizim.Media əməkdaşının verdiyi məlumata görə hazırda eks-prezidentin cənazəsi oğlunun evindən çıxarılıb. Ayaz Mütəllibovla  vida mərasimi Şəhriyar adına Mədəniyyət mərkəzində təşkil olunacaq. 

Eks-prezidenti I Fəxri Xiyabanda dəfn olunacaq. 
 

MÖVZU İLƏ BAĞLI:

Mehriban Əliyeva Ayaz Mütəllibovun dəfni ilə bağlı GÖSTƏRİŞ VERDİ - ÖZƏL


Qeyd edək ki, eks-prezidentin dəfn mərasimi Birinci Vitse-prezident Mehriban Əliyevanın xüsusi tapşırığı ilə həyata keçirilir. 

84 yaşında dünyasını dəyişən Ayaz Mütəllibov uzun müddətdir ki, yüksək qan təzyiqindən əziyyət çəkirdi. 

Ayaz Niyazi oğlu Mütəllibov 12 may 1938-ci ildə Bakıda ziyalı ailəsində anadan olub. O, 1991-ci il sentyabrın 8-də ümumi seçkilərdə Azərbaycanın prezidenti seçilib. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilən qətliamdan sonra 1992-ci il martın 6-da istefa verib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO