ABŞ-da meşə yanğınları: 20 min insan təxliyə edildi

ABŞ-da meşə yanğınları: 20 min insan təxliyə edildi

Hazırda oxunan: ABŞ-da meşə yanğınları: 20 min insan təxliyə edildi

66677

ABŞ-ın Kolorado ştatının Boulder şəhərində davam edən meşə yanğınlarına görə 20 min insan təxliyə edilib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, yanğın şəhərin cənub hissəsindəki təpələrdə başlayıb və güclü külək səbəbilə daha geniş əraziyə yayılıb.

Hazırda yanğının yanğınsöndürən təyyarələrin də iştirakı ilə yaşayış yerlərindən uzaq tutulmasına və söndürülməsinə çalışılır.

Qeyd edək ki, dekabrın sonunda eyni bölgədə başlayan meşə yanğınlarında təxminən 1100 ev zərər görmüşdü.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO