Azərbaycanda tikinti materiallarının istehsalı 84 % artıb

Azərbaycanda tikinti materiallarının istehsalı 84 % artıb

Hazırda oxunan: Azərbaycanda tikinti materiallarının istehsalı 84 % artıb

66297

Bu ilin yanvar-fevral aylarında Azərbaycanda tikinti materiallarının istehsalının ümumi dəyəri 121,4 milyon manat olub.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 83,8 % çoxdur.

Son 1 ildə emal edilmiş mərmər travertin, alebastr və onlardan məmulatların istehsalı 4 dəfə, asfaltın istehsalı 70,7 %, tikinti kərpicinin istehsalı 62 %, betondan yığma tikinti konstruksiyaların istehsalı 59,5 %, hörmə üçün hazır beton qarışığının istehsalı 52,1 %, tikinti gipsinin istehsalı 35,7 % artıb, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 8,8 %, tikinti əhənginin istehsalı isə 43,1 % azalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO