Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

Hazırda oxunan: Kürdəmirdə zəncirvari yol qəzası - Xəsarət alanlar var

66212

Kürdəmirdə zəncirvari yol qəzası baş verib, xəsarət alanlar var.

Bizim.Media-nın yerli bürosunun xəbərinə görə, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonunun Mollakənd kəndindən keçən hissəsində qeydə alınıb.

İmişli rayon sakini 39 yaşlı Baxşəliyev Zamin Soltan oğlu idarə etdiyi “VAZ-2107” markalı maşınla Kürdəmir istiqamətində hərəkətdə olarkən onunla əks istiqamətdə hərəkət edən “Mercedes” markalı avtomobilə sonra isə həmin istiqamətdə hərəkət edən “Opel”ə çırpılıb. 

Daha sonra yoldan çıxan “VAZ-2107” yol kənarındakı yanacaqdoldurma məntəqəsinə girərək məntəqənin avadanlıqlarını sıradan çıxarıb. 

Hadisə zamanı “VAZ-2107”nin sürücüsü Zamin Baxşəliyev və onun sərnişini 52 yaşlı Tağıyev Kərim Məmmədtağı oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar. Yaralılar təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi xəstəxanasına aparılıblar. 
Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO