Müasir təhsilin 8 vacib şərti, BUNU bilməyin vaxtıdır - ARAŞDIRMA

Müasir təhsilin 8 vacib şərti, BUNU bilməyin vaxtıdır - ARAŞDIRMA

Hazırda oxunan: Müasir təhsilin 8 vacib şərti, BUNU bilməyin vaxtıdır - ARAŞDIRMA

66119

Təhsil deyəndə, biz ancaq bir istiqamətdə düşünərək bizə təqdim olunanı öyrənmək kimi bir vərdişə tabe olmaqla işimizi bitmiş hesab edirik. Düşünmürük, xəyal etmirik, kitablarda yazılanları həqiqət kimi qəbul edib, elə təqdim edirik. Məlumatı götürür, beynimizə yazır, amma onunla nə edəcəyimizi, onu necə inkişaf etdirəcəyimizi bilmirik. 

Gələcəyin təhsillə necə formalaşması barədə heç vaxt düşünmürük.

Bizim.Media araşdırmasına görə, Təhsil 5.0 Cəmiyyət 5.0-a, yəni texnoloji gücü düzgün idarə edəcək ağıllı cəmiyyət fəlsəfəsinə nail olmaq üçün açardır. 

Bu, fərdiləşdirilmiş təhsilə, öyrənmə çevikliyinə, davamlı təkmilləşməyə, tənqidi düşünməyə və problem həll etməyə, məlumatların şərhinə, tələbənin iştirak etdiyi kurrikuluma, layihə əsaslı öyrənməyə və ən əsası texnologiya və təhsil əməkdaşlığına əsaslanan gələcəyin təhsil modelidir.

Bu modelin müəyyən şərtləri və addımları var:

1. Fərdi təlim

Fərdiləşdirilmiş təhsil yanaşmasına görə; Hər bir fərdin öyrənmə üsulu, sürəti, maraq dairəsi və inkişaf mərhələləri bir-birindən fərqlidir.

2. Çevik təhsil

İdeal təhsil üçün məktəb mühitindən başqa akustika, rənglər, işıq, tərtibat, materiallar, məkanın qarşılıqlı təsir xüsusiyyətləri, qrafika və ən əsası texnologiya və ilhamdan tutmuş şagirdin bütün həyatına daxil ola biləcək hər bir dinamika nəzərə alınmalıdır. Tələbələrə öz sürətlərində işləmək, fərdi ehtiyaclarını ifadə etmək, şəxsi sərhədlərini genişləndirmək, öyrətmək, öyrənmək və məsuliyyət götürmək imkanı yaradılmalıdır.

3. Davamlı inkişaf

Öyrənmə prosesi fasiləsizdir və zaman, məkan, müəllim və kurrikuluma görə məhdudlaşdırıla bilməz. Əksinə, insanın öz marağına uyğun, öz tempinə və öz sahəsinə uyğun olaraq öyrənməsi daha effektli olur. Bu səbəbdən qurumlar tələbələrə təhsilin hər yerdə və istənilən vaxt, öz sürəti və öz marağına uyğun olaraq davam etdiyi fikrini aşılaya bilməlidir ki, insanlar öz qabiliyyətləri və maraqlarına uyğun olaraq davamlı inkişaf vəziyyətində ola bilsinlər.

4.Tənqidi düşüncə və problem həlli

Tənqidi düşüncənin klassik təhsil sistemində yeri olmasa da, tələbə mərkəzli, müasir təhsil yanaşmasının əsasını təşkil edir və müxtəlif perspektivləri özündə cəmləşdirərək, qarşıya çıxan problemlərə həll yolları taparaq bilikləri düzgün istiqamətdə birləşdirə bilir.

5.Məlumat şərhi

İndi bir kliklə saniyələr ərzində istənilən məlumata daxil olmaq mümkündür, saysız-hesabsız kitabxanaların datası cibimizdədir, hər gün milyonlarla məlumat toplanaraq saxlanmaqda davam edir, ədədi əməliyyatlar saniyələr ərzində həll oluna bilir və bu işlər texnologiya əsasında həyata keçirilir. Buna görə də ən vacib şey bu məlumatları şərh etmək bacarığıdır.

Təhsil 5.0 insanlara gələcəyin tələb etdiyi məlumata çatmaq və yadda saxlamaq qabiliyyətindən çox, biliklə ediləni şərh etmək, dəyişdirə bilmək və təkmilləşdirmək bacarığı vermək məqsədi daşıyır.

6. Tələbənin iştirakı ilə aparılan kurikulum

Həyatın reallıqlarından uzaq, praktikada tətbiq oluna bilməyən imtahan yönümlü kurikulumlar bacarıqsız və qapalı tələbələr yetişdirməyə məhkumdur. Buna görə də tələbələrin birbaşa iştirakə ilə aparılan kurikulum tələbələrə fəal və effektiv təhsil aşılaya bilər və gələcəyə hazır edə bilər.

7. Layihə əsaslı öyrənmə

Bu dinamik vasitəsi ilə şagird işləyən modelləri yaxından tanıya, modellərdə iştirak edə, ən çox bəyəndiyi, özünü daha çox təkmilləşdirə bildiyi və ən çox inkişaf etdirə biləcəyə modeli seçmək imkanı qazana bilir. Nəhayətdə özünə düşünməyə buraxılan tələbə düşünmə, problemləri tanımaq, ehtiyacları qarşılamaq, həll yönümlü olmaq, əməkdaşlıq etmək və vaxtı idarə etmək kimi bacarıqlarla təchiz edilir.

8.Texnologiya və Təhsil əməkdaşlığı

Texnologiya Təhsil 5.0-ın infrastrukturu kimi bütün digər dinamikləri dəstəkləyir. Təhsil 5.0 pilotsuz texnologiyalardan, xüsusən də cəmiyyət yönümlü texnologiyalardan müstəqil təsəvvür belə edilə bilməz.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO