Baş katibdən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Baş katibdən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

Hazırda oxunan: Baş katibdən Ukrayna ilə bağlı ÇAĞIRIŞ

66064

BMT Baş katibi Antonio Quterreş Ukraynada hərbi əməliyyatları dayandırmağa və dərhal danışıqlara başlamağa çağırıb.

Bizim.Media "RİA “Novosti”yə istinadən xəbər verir ki, Baş katibin fikrincə, diplomatik tərəqqinin elementləri indi bir neçə əsas məsələdə görünür: 

“Hazırda döyüşləri bitirmək və ciddi danışıqlara başlamaq üçün masanın üzərinə kifayət qədər sənədlər var. Bu müharibəni udmaq mümkün deyil. Gec-tez döyüş meydanından danışıqlar masasına keçilməli olacaq”.

Baş katib bildirib ki, Ukraynada müharibənin davam etdirilməsi mənəvi cəhətdən qəbuledilməzdir, siyasi baxımdan bağışlanmaz və hərbi baxımdan mənasızdır:

“İstənilən ölçüdə - hətta ən ağıllı hesablama ilə belə hərbi əməliyyatları dayandırmağın və sülhə şans verməyin vaxtıdır. Bu dəhşətli absurd müharibəyə son qoymağın vaxtıdır”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO