Azərbaycanda sərnişin daşımaları kəskin artdı – STATİSTİKA   

Azərbaycanda sərnişin daşımaları kəskin artdı – STATİSTİKA   

Hazırda oxunan: Azərbaycanda sərnişin daşımaları kəskin artdı – STATİSTİKA   

65828

Bu ilin yanvar-fevral aylarında Azərbaycanın nəqliyyat sektorunda yük daşınması əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,4 %, sərnişin daşınması isə 38,7 % çox olub. 

Bizim.Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. 

Məlumata görə, ilin ilk iki ayında nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 31,7 milyon ton yük daşıyıb. Yüklərin 2,9 %-i dəniz, 8 %-i dəmir yolu, 0,3 %-i hava, 55,3 %-i avtomobil nəqliyyatı, 33,5 %-i isə boru kəməri ilə daşınıb. 
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 5,8 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 76,5 % təşkil edib. 

Bundan başqa, hesabat dövründə nəqliyyatçılar 225,1 milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 86,6 %-i avtomobil nəqliyyatı, 13 %-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO