Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi (FHN) üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
FHN-dən Bizim.Media-ya verilən xəbərə görə, "112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 21 yanğına çıxış, 9 halda köməksiz vəziyyətdə qalma və 2 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 2-si azyaşlı olmaqla 11 nəfər, o cümlədən Sumqayıt şəhərində “Hyundai” markalı minik avtomobili və "Hyundai" markalı sərnişin avtobusunun toqquşması nəticəsində deformasiyaya uğrayan avtonəqliyyat vasitələrində sıxılı vəziyyətdə qalmış 3 nəfər xilas edilib.
Həmçinin, qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
12:37 / 16.03.2022
FHN 2 azyaşlını belə xilas etdi – VİDEO
Hazırda oxunan: FHN 2 azyaşlını belə xilas etdi – VİDEO
Hazırda oxunan: FHN 2 azyaşlını belə xilas etdi – VİDEO
65092
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.