Azərbaycanda fermerlər üçün YENİLİK - Layihələrini təqdim edəcəklər

Azərbaycanda fermerlər üçün YENİLİK - Layihələrini təqdim edəcəklər

Hazırda oxunan: Azərbaycanda fermerlər üçün YENİLİK - Layihələrini təqdim edəcəklər

64971

Bu gün Azərbaycanda Aqrar İnnovasiya Platformasının təqdimatı keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, təqdimat mərasimində rəqəmsallaşma və innovasiya ilə bağlı layihələrin hər zaman prioritet hesab edildiyi vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fermerlərə 61 milyon manatdan çox subsidiya ödənildi


Aqrar İnnovasiya Platforması innovativ layihələrin qəbulu, emalı və icra mərhələlərinin izlənməsi üçün nəzərdə tutulan, istifadəçilərin asan interfeysə malik olduğu platformadır. Bu platforma kənd təsərrüfatı məhsul istehsalçılarını, şirkətləri, yerli və beynəlxalq təşkilatları bir araya gətirəcək.

Nazirik yanında Aqrar İnnovasiya Mərkəzinin təşəbbüsü ilə yaradılan bu platformanın məqsədi fermerlərin ideya və təşəbbüslərinin dəstəklənməsi və aqrar sahənin innovativ əsaslarla inkişafını təmin etməkdən ibarətdir.

Platforma vasitəsilə aqrar sahədə innovativ layihələrini təqdim edən fiziki və hüquqi şəxsləri dövlət və özəl sektor dəstəkləyəcək, onlar layihələrini reallaşdıra biləcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO