DOST 500 nəfəri işlə təmin edəcək

DOST 500 nəfəri işlə təmin edəcək

Hazırda oxunan: DOST 500 nəfəri işlə təmin edəcək

64653

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əməkdaşlığa başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentindən Bizim.Media-ya verilən məlumata görə, layihə çərçivəsində agentliyin fəaliyyəti üzrə texniki işlərin görülməsinə və eyni zamanda, məşğulluğun təminatına dəstək məqsədilə Qida Təhlükəsizliyi Agentliyi və institutunda 500 nəfər işlə təmin ediləcək. 

İşlə təmin edilənlər müfəttiş köməkçisi, sürücü, bağban, elektrik, santexnik, mühafizəçi və s. peşələrdə çalışacaqlar. 

Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı da əldə edəcəklər. 

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılması onların gələcək sosial təminat hüquqlarına əsas yaradacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO