Salyanda DƏHŞƏT: Evinə basqın edilən mühasib həyat yoldaşı ilə yanaraq öldü

Salyanda DƏHŞƏT: Evinə basqın edilən mühasib həyat yoldaşı ilə yanaraq öldü

Hazırda oxunan: Salyanda DƏHŞƏT: Evinə basqın edilən mühasib həyat yoldaşı ilə yanaraq öldü

64358

Fövqəladə Hallar Nazirliyi (FHN) Salyan rayonunun Aşağı Kürkəndi kəndində baş verən yanğın barədə məlumat yayıb. 

Bizim.Media FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, Salyan rayonunun Aşağı Kürkəndi kəndində ümumi sahəsi 228 m² olan bir dam altında tikilən, 2 ailənin yaşadığı birmərtəbəli evlərdən, sahəsi 114 m² olan evin yanar konstruksiyaları və ona bitişik sahəsi 114 m² olan evin yanar konstruksiyaları 78 m² sahədə (ümumi 192 m²) yanıb. 

Yanğın yerinin kəşfiyyatı zamanı 1953-cü il təvəllüdlü Əliyev Əliyar Alı oğlunun və 1954-cü il təvəllüdlü Əliyeva Elmira Mirzə qızının yanmış meyitləri yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. 

Qeyd edək ki, Əliyar Əliyev Salyan rayon Suvarma Sistemləri idarəsində baş mühasib işləyirdi. 5-6 il bundan öncə ölən ər və arvadın evinə basqın olmuşdu. Naməlum şəxs və şəxslər tərəfindən döyülən ər və arvad xəstəxanaya yerləşdirilmişdi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO