Gürcüstanın ədliyyə naziri Rati Breqadze rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycana səfərə gəlib.
Nazirlikdən Bizim.Media-ya verilən xəbərə görə, gürcüstanlı nazir Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılaraq, məzarı üzərinə tər çiçəklər düzülüb.
Qonaq həmçinin, Şəhidlər Xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını ziyarət edərək Əbədi məşəl abidəsi önünə əklil qoyub.
Ədliyyə naziri Fikrət Məmmədov iki ölkə arasında əlaqələrin inkişafında ölkə rəhbərlərinin xüsusi rolunu qeyd edib, səfərin diplomatik münasibətlərimizin qurulmasının 30 illiyinin qeyd olunduğu dövrdə həyat keçirilməsinin əhəmiyyətini vurğulayıb, ötən ilin dekabrında Avropa ədliyyə nazirlərinin konfransında ikitərəfli görüşünü xatırladıb.
R.Breqadze ölkəsinin ədliyyə sistemi barədə məlumat verərək Azərbaycanın bu sahədə nailiyyətlərinə və təcrübəsinə maraq göstərib.
Sonra Azərbaycan və Gürcüstan Ədliyyə nazirlikləri arasında Əməkdaşlıq Memorandumu imzalanıb.
Memorandum ədliyyə və məhkəmə sistemlərinin, elektron xidmətlərin və rəqəmsal innovasiyaların tətbiqinin təşviqi, penitensiar, probasiya, mediasiya, hüquqşünasların tədrisi ilə bağlı və digər konkret tədbirlərin keçirilməsini nəzərdə tutur.
Tədbirdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze də iştirak edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:49 / 10.03.2022
Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər etdi - FOTO
Hazırda oxunan: Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər etdi - FOTO
Hazırda oxunan: Gürcüstanın ədliyyə naziri Azərbaycana səfər etdi - FOTO
64111
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.