Formula 1 Azərbaycan Qran Prisinə biletlər ən çox bu ölkələrdən alınır - SİYAHI

Formula 1 Azərbaycan Qran Prisinə biletlər ən çox bu ölkələrdən alınır - SİYAHI

Hazırda oxunan: Formula 1 Azərbaycan Qran Prisinə biletlər ən çox bu ölkələrdən alınır - SİYAHI

64047

22 fevral tarixindən etibarən satışa çıxarılan Formula 1 Azərbaycan Qran Prisinə biletlər daha çox Türkiyə, Rusiya və Böyük Britaniya vətəndaşları tərəfindən əldə edilir.

Həmçinin, İspaniya, Hollandiya, Danimarka, Fransa, Norveç və sair ölkələrin azarkeşləri say etibarilə çoxluq təşkil edir. Tamaşaçılar daha çox tribuna (grandstand) zonasına maraq göstərir.

Bu barədə Bizim.Media-ya Bakı Şəhər Halqasından məlumat verilib.

Ötən il COVID-19 pandemiyası səbəbilə yarışı canlı izləyə bilməyən azarkeşlər, bu il həyəcanlı idman yarışını yerində izləməyə ikiqat maraqlıdır.

Bildiririk ki, yarışlar üçün nəzərdə tutulan biletlərin qiyməti yerli azarkeşlərə birgünlük ayaqüstü zonada 90 - 160 AZN, üçgünlük tribuna biletləri 280 - 970 AZN, uşaqlar üçün (16 yaşadək) isə 190 - 690 AZN aralığında dəyişir.

2022-ci il Formula 1 Azərbaycan Qran Prisinə bilet əldə etmək üçün ətraflı məlumatı www.bakucitycircuit.com – Bakı Şəhər Halqasının rəsmi veb səhifəsi vasitəsilə əldə edə bilərsiniz.

Həmçinin, biletləri şəhərimizin aşağıda sadalanan bilet satış məntəqələrindən - Gənclik Mall ticarət mərkəzi, 28 Mall ticarət mərkəzi, Heydər Əliyev Sarayının kassası, 4 saylı Bakı "ASAN xidmət" mərkəzi və 1 saylı Sumqayıt regional "ASAN xidmət" mərkəzindən də əldə etmək mümkündür.

Bizim.Media

 



 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO