Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara TƏSİRİ - 3 əsas amil...

Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara TƏSİRİ - 3 əsas amil...

Hazırda oxunan: Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara TƏSİRİ - 3 əsas amil...

64024

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin (Bakı Limanı) Baş direktoru Taleh Ziyadov Rusiya-Ukrayna müharibəsinin Azərbaycan üzərindən yükdaşımalara mümkün təsirinə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, geosiyasi vəziyyətin dəyişməsi Azərbaycan üzərindən keçən Orta Dəhlizin əhəmiyyətini artırır.

“Burada 3 əsas amilə fikir vermək lazımdır. Birincisi, Orta Dəhlizin qısa və orta müddətdə əhəmiyyəti artacaq. Dəhliz Çinin Qara dəniz, Türkiyə, Aralıq dənizi və Avropa ilə birləşməsi üçün vacib rol oynayır.
 

MÖVZU İLƏ BAĞLI:

Bakı Limanının Müşahidə Şurasının iclası keçirildi


İkincisi, bu hadisələr Azərbaycanın logistik mərkəzə çevrilməsi üçün növbəti mərhələdir. Daha öncə Qara dənizdə işini yekunlaşdıran konteynerlərin bir addım da irəli gələrək Ələtə çatdırılması və Ələtin paylayıcı mərkəz funksiyasını yerinə yetirməsinin zamanı çatıb. Yəni, 130 milyon insanın yaşadığı bu regionun paylayıcı mərkəz funksiyalarının Ələtdən həyata keçirilməsi fürsəti yaranıb.

Üçüncüsü, son hadisələr Zəngəzur dəhlizinin də əhəmiyyətini üzə çıxarır. Bu dəhliz nəinki Şimal-Cənub istiqamətində olan yükdaşımaları həyata keçirəcək, eyni zamanda Mərkəzi Asiyaya, Çindən Aralıq dənizə çıxışı təmin edəcək. Bu üç amil Azərbaycanı Avropa ilə Asiya arasında təminat zəncirində əhəmiyyətli oyunçulardan biri edəcək” – deyə Taleh Ziyadov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO