Anna Akopyan Xankəndiyə gəlmək istədi – ETİRAZLAR BAŞLADI

Anna Akopyan Xankəndiyə gəlmək istədi – ETİRAZLAR BAŞLADI

Hazırda oxunan: Anna Akopyan Xankəndiyə gəlmək istədi – ETİRAZLAR BAŞLADI

6349

Xankəndi şəhərinin qondarma meriyası Yeni il tədbiri və yarmarkası üçün planlaşdırdığı çadır şəhərciyinin sökülməsinə qərar verib.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

Mənbə yazır ki, sosial şəbəkələrdə bu qərara ciddi etirazlar səsləndirilib.

İstifadəçilər tədbirin “Mənim addımım” fondu tərəfindən təşkil olunduğunu və Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın iştirak edəcəyini yazıblar. Yeni il tədbirinin əleyhdarlarından biri olan istifadəçi İrina Safaryan "Facebook" səhifəsində sakinləri tədbirdə iştirak etməməyə çağırıb.

O, çadırların qurulduğu yerə toplanaraq narazılıqlarını bildirməyi də tövsiyə edib.

"Ər və arvad bizi ələ salırlar. Yerabluru çirkləndirdilər və indi Qarabağ uşaqlarının o qədər şən olmayan əhval-ruhiyyəsini pozmağa qərar verdilər... Tədbiri boykot etməliyik" yazıb.

“Sputnik Ermənistan”ın müxbiri ilə söhbətində Xankəndi şəhər merinin müavini Suren Tamrazyan vətəndaşların bu hadisəyə qarşı olduqları üçün çadırların və Milad ağacının söküldüyünü söyləyib.

O vurğulayıb ki, bir qrup insan ərazidə toplanıb və tədbirin ləğvini tələb edib.

Tamrazyan şəhər rəhbərliyinin bu tədbiri təşkil etmədiyini və təşəbbüskarın kim olduğunu bilmədiyini də vurğulayıb.

Meriyanın qərarının Anna Akopyanın tədbirə qatılması ilə əlaqəli olub-olmadığını soruşduqda məmur belə deyib:

"Kimin iştirak edəcəyini bilmirəm”.

Qeyd edək ki, "Mənim addımım" bloku Dağlıq Qarabağdan Ermənistana köçürülən 2-6 yaş arası 4750 uşaq üçün Yeni il tədbirləri təşkil edir. Bu məqsədlə fond ümumilikdə 28 min dollar xərcləmək niyyətindədir. Tədbirlər İrəvan, Şirak, Lori, Geqarkunik və Sünikdə keçiriləcək.

Babək Göyüş, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO