Azərbaycanda CNN və BBC bağlana bilərmi?

Azərbaycanda CNN və BBC bağlana bilərmi?

Hazırda oxunan: Azərbaycanda CNN və BBC bağlana bilərmi?

63279

Putinin “yalan məlumatı” cəzalandıran yeni qanunu Qərb xəbər agentliklərinin Rusiyada xəbər yayımını dayandırmasına səbəb olub. Bloomberg, CNN, BBC və CBS jurnalistlərin Rusiyada reportajlarını dayandırıblar və onların xəbər fəaliyyətini bərpa edib-etməyəcəyi və ya nə vaxt davam edəcəyi bəlli deyil. 

Bizim.Media New York Times-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin dünən Rusiyanın Ukraynaya müdaxiləsi ilə bağlı "yalan məlumat" yayanları 15 ilə qədər həbs cəzası ilə cəzalandıran yeni qanun qəbul etdikdən sonra hər üç təşkilat hesabatları dayandırdıqlarını açıqlayıblar. CNN sözçüsü:

"Biz vəziyyəti və gələcək addımlarımızı qiymətləndirməyə davam edərkən, CNN Rusiyada yayımını dayandıracaq", -deyib. 

Bloomberg, CNN, BBC və CBS yayım şirkətlərinin Rusiyada yayımı tamamilə dayandırması Azərbaycan KİV-nə necə təsir edəcək? KATV1, ATV+ və AiləTv abunəçiləri sözügedən korporasiyaların yayınlarını izləyə biləcəkmi?

İKT mütəxəssisi Elvin Abbasov yaranmış vəziyyəti texniki cəhətdən izah edib. Onun sözlərinə görə, Azərbaycanda telekommunikasiya ilə məşğul olan şirkətlər, KATV1 tipli televiziyalar yayınları mənbədən alırlar.

“Azərbaycanda müəyyən kanal toplusu yaratmaq üçün hər bir ölkənin yayımını həmin serverdən qeydə alırlar”.

Elvin Abbasov qeyd edir ki, bu bloklama və sanksiyaların Azərbaycandakı yayıma texniki tərəfdən bir maneə törətməyəcək.

AiləTv ictimaiyyətlə əlaqələr üzrə mütəxəssis Sabir Məşədizadə isə sözlərinə görə, bu hadisə gələcəkdə müəyyən dəyişiklikərlə nəticələnə bilər.

“Hal-hazırda həmin kanalların retranslyasiya olunmasında bir çətinlik yoxdur. Lakin həmin kanallar Rusiya peyklərinin yayımından çıxarılsa bizə də təsirsiz ötüşməyəcək”.

Buna baxmayaraq, Sabir Məşədizadə belə bir situasiyanın baş vermə ehtimalını çox aşağı görür:

“Düşünmürəm ki, bu baş verər. Çünki bunlar qərb kanallarıdır. Öz təbliğatını rusdilli auditoriyaya çatdırırlar. Ona görə kanalın yayımı bağlamaq kimi marağı olmamalıdır. Ruslar ola bilsin ki, onların öz peyklərindən çıxararlar”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO