Ermənistan parlamenti ikinci turda Vaaqn Xaçatryanı prezident seçib.
Bizim.Media xəbər verir ki, onun namizədliyinin lehinə 71 deputat səs verib. Bunlar hakim “Vətəndaş müqaviləsi” fraksiyasının nümayəndələridir.
Birinci turda hakimiyyətdən olan deputatlar yüksək texnologiyalar sənayesinin nazirini prezident seçə bilməyiblər, 10 səs çatmayıb.
İkinci turda seçki üçün tələb olunan daha az sayda səs nəzərdə tutulurdu.
Müxalifətin “Hayastan” və “Mənim şərəfim var” fraksiyaları öz namizədlərini irəli sürməyib və bu məsələ ilə bağlı müzakirələri boykot ediblər.
Xatırladaq ki, yanvarın 23-də Ermənistan prezidenti Armen Sarkisyan istefa verib. O, bu qərarın səbəbini müvafiq səlahiyyətlərin olmaması ilə əlaqələndirib.
Sarkisyanın sözlərinə görə, bu, dövlət başçısına xarici və daxili siyasətin fundamental proseslərinə təsir etməyə imkan vermir.
Bizim.Media
- A-
- A
- A+
Region
13:03 / 03.03.2022
Ermənistanın yeni prezidenti bu şəxs oldu
Hazırda oxunan: Ermənistanın yeni prezidenti bu şəxs oldu
Hazırda oxunan: Ermənistanın yeni prezidenti bu şəxs oldu
62944
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.