Azərbaycanda borclunun bank hesabı barədə icra məmuruna məlumat veriləcək

Azərbaycanda borclunun bank hesabı barədə icra məmuruna məlumat veriləcək

Hazırda oxunan: Azərbaycanda borclunun bank hesabı barədə icra məmuruna məlumat veriləcək

62814

Azərbaycan Mərkəzi Bankı (AMB), "Azərbaycan Banklar Assosiyasiyası" (ABA) İctimai Birliyi və Ədliyyə Nazirliyi İnformasiya-kommunikasiya texnologiyaları idarəsi arasında onlayn formatda görüş keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə ABA məlumat yayıb.

Məlumatda deyilir ki, görüş Nazirlər Kabinetinin 12 oktyabr 2021-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektron icra” informasiya sistemi haqqında Əsasnamə”nin 11.3-cü bəndinə əsasən, icra sənədlərinin məcburi icraya yönəldilməsi ilə əlaqədar borcluların bütün növ bank hesablarının qalıqları barədə məlumatların (hesabın nömrəsi, hesabın növü, hesabdakı vəsaitin miqdarı) icra məmurunun sorğusu əsasında əldə olunması ilə əlaqədar müvafiq informasiya sistemlərinin qarşılıqlı inteqrasiyasının və aralarında elektron məlumat mübadiləsinin təşkili üzrə hüquqi və texniki məsələlərin müzakirə edilməsi məqsədilə təşkil olunub.

Görüşdə informasiya sistemlərinin qarşılıqlı inteqrasiyası ilə bağlı məsələlər, tələb olunacaq məlumatların alınma prosedurları, məlumatların ötürülməsi prosedurları, Əsasnamə ilə tərəflərin üzərinə düşən öhdəliklər müzakirə olunub, tərəfləri maraqlandıran suallar cavablandırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO