İncəsənət Universitetinin tələbələri üçün Tarkovskidən dərslik paylanacaq

İncəsənət Universitetinin tələbələri üçün Tarkovskidən dərslik paylanacaq

Hazırda oxunan: İncəsənət Universitetinin tələbələri üçün Tarkovskidən dərslik paylanacaq

62802

Azərbaycan Kinematoqrafçılar İttifaqı kino nəşrlərinin say və keyfiyyət artımını kinomuzun inkişafı üçün vacib hesab etdiyinə görə, bu istiqamətdə ardıcıl layihələr reallaşdırır. 
“Azərbaycan kino tarixi” 4 cildliyi, “Həsən Seyidbəyli. Sənətkar və şəxsiyyət” kitabı, rüblük “Rakurs” dərgisi bu sıradandır. 

Bizim.Media Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, növbəti layihə “Parlaq imzalar” nəşriyyatının təşəbbüsü ilə həyata keçirilmiş kinorejissor, ssenarist Andrey Tarkovskinin “Zapeçatlennoe vremya”(“Həkk olunmuş zaman”)  kitabının Azərbaycan dilində nəşridir.

Kitab tərcüməçi, şair, publisist Azad Yaşar tərəfindən tərcümə olunub. Bir neçə xarici dilə tərcümə olunmuş, kino aləmində yüksək dəyərə malik “Həkk olunmuş zaman” Andrey Tarkovskinin sənət manifestidir. 

Kitabda filmin təsvir həlli, montaj, ssenari üzərində iş haqda fikirləri və müəllifin ideoloji baxışları yer alıb. Kitab kino ilə maraqlanan geniş oxucu kütləsi üçün maraqlı olmaqla yanaşı, kino sahəsində təhsil alan tələbələr üçün dəyərli dərslik vasitəsidir.
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqı “Həkk olunmuş zaman” kitabını ADMİU-nun tələbələri və İttifaqın Kino Məktəbinin tələbələri arasında pulsuz paylayacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO