Fövqəladə Hallar Nazirliyi Gəncədə baş verən yanğınla bağlı məlumat yayıb.
Bizim.Media nazirliyin saytına istinadən xəbər verir ki, Gəncə şəhərinin Nizami rayonunda ümumi sahəsi 400 m² olan birmərtəbəli altı otaqlı evin 4 otağının yanar konstruksiyaları və dam örtüyü 100 m² sahədə yanıb.
Yanğın yerinin kəşfiyyatı zamanı ev sahibi, 1948-ci il təvəllüdlü Hüseynov Tofiq Müseyib oğlunun (yataq xəstəsi) meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
*** 09:06
Gəncədə yanğın hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Şərəfxanlı küçəsində qeydə alınıb.
73 yaşlı Tofiq Hüseynova məxsus evdə anidən yanğın olub. Hadisə yerinə FHN-nin yanğınsöndürən avtomobiləri və canlı qüvvəsi cəlb olunub. Yanğının qonşuluqdakı evələrə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı ev sahibi, 73 yaşlı T.Hüseyov evdə yanaraq ölüb. Məlumata görə ev sahibi yataq xəstəsi olub.
Hadisənin səbəbləri araşdırılır.
Məqsəd Rəhimov, Bizim. Media