Ukraynadakı Azərbaycan səfirliyi: “Xarkovdan narahatedici xəbərlər gəlir

Ukraynadakı Azərbaycan səfirliyi: “Xarkovdan narahatedici xəbərlər gəlir"

Hazırda oxunan: Ukraynadakı Azərbaycan səfirliyi: “Xarkovdan narahatedici xəbərlər gəlir"

61769

Azərbaycanın Ukraynadakı səfirliyində qaynar xəttə daxil olan müraciətlər araşdırılır.

Bizim.Media xəbər verir ki, səfirlik bu saata qədər Azərbaycan vətəndaşlarından xəsarət alan olmadığını açıqlayıb.

“Xarkovdan narahatedici xəbərlər gəlir. Çünki Xarkovda 75 mindən çox soydaşımız yaşayır. 

Səfirlik Azərbaycan Xarici İşlər Nazirliyi ilə, diaspor təşkilatlarının rəhbərləri ilə mütəmadi əlaqə saxlayır. Ukraynadakı Türkiyə səfirliyi ilə də əlaqədəyik. Hələ ki Ukraynada fəaliyyətimizi davam etdiririk. Soydaşlarımızı sərhəd vilayətlərinə səyahət etməməyə, evlərində qalmağa çağırırıq. Ən təhlükəsiz variant budur. Diplomatlar olaraq hamımız iş başındayıq. Diplomatların ailələri də Kiyevdədirlər. Göstəriş olmasa, biz Kiyevi tərk etməyəcəyik”, - səfirlikdən bildirilib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO