Avropa Bankı Gəncəyə 10 milyon avro ayırdı

Avropa Bankı Gəncəyə 10 milyon avro ayırdı

Hazırda oxunan: Avropa Bankı Gəncəyə 10 milyon avro ayırdı

61726

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Gəncə şəhərində tullantıların toplanması və küçələrin təmizlənməsi məqsədilə maşınlar və konteynerlər alınması üçün Azərbaycan hökumətinə 10 mln. avro məbləğində kredit ayrılmasına razılıq verib.  

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, əməliyyat və maliyyə səmərəliliyinin yaxşılaşdırılmasının da daxil olduğu layihəni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi icra edəcək.

Layihənin əsas məqsədi – Gəncə şəhərində tullantıların toplanması xidmətinin ətraf mühit, sağlamlıq və təhlükəsizlik standartları baxımından yaxşılaşdırılmasıdır. Hazırda layihə konsepsiya yoxlamasından keçib.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycana 8 layihə çərçivəsində 34 milyon avro YATIRIM


Gəncə Şəhər İcra Hakimiyyətindən Bizim.Media-nın yerli bürosuna bildirilib ki, layihənin icrasına başlanılması məqsədilə mart ayının ilk 10 günlüyündə Bakı şəhərində ikitərəfli əməkdaşlıq müqaviləsi imzalanması planlaşdırılır.

Məlumat üçün bildirək ki, AYİB Azərbaycan hökuməti ilə Gəncə şəhərində təkmilləşdirmələrlə bağlı birgə fəaliyyətə dair razılığa gəlib.

Bank uğurlu şəhər dayanıqlılıq proqramı çərçivəsində ətraf mühit problemlərinin aşkar edilməsi, prioritetləşdirilməsi və həlli üçün "Yaşıl Şəhər" üzrə Tədbirlər Planının işlənib hazırlanmasında Gəncə şəhərinə kömək edir.

Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin şəhərin küçə işıqlandırma sisteminin, şəhər nəqliyyatının, su və çirkab su ilə bağlı xidmətlərin, bərk tullantıların idarə edilməsi, mərkəzi istilik sistemi və bərpa olunan enerji infrastrukturunun yenilənməsi və inkişaf etdirilməsi ilə bağlı layihələri maliyyələşdirməyə hazır olduğunu bildirmişdi və hazırkı layihə sözügedən təşəbbüs çərçivəsində reallaşır.

Məqsəd Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO