Konfrans Liqası: “Fənərbağça” səfərdə “Slaviya” komandasının qonağı olacaq

Konfrans Liqası: “Fənərbağça” səfərdə “Slaviya” komandasının qonağı olacaq

Hazırda oxunan: Konfrans Liqası: “Fənərbağça” səfərdə “Slaviya” komandasının qonağı olacaq

61679

Fevralın 24-də UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində cavab oyunları keçiriləcək.

Bizim.Media xəbər verir ki, Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika Stadionunda Fransanın “Marsel” komandasını sınağa çəkəcək.

Qarşılaşmada ağdamlılar Marseldəki 1:3 hesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” isə Çexiyada “Slaviya” komandasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə gecə saat 12-də başlayacaq. İlk matçda rəqibinə 2:3 hesabı ilə uduzan İstanbul təmsilçisi mərhələni keçmək üçün ən azı iki top fərqi ilə qalib gəlməlidir.

Günün bütün görüşləri aşağıdakılardır:

“Qarabağ” (Azərbaycan) – “Marsel” (Fransa) - ilk oyun - 1:3;

“Randers” (Danimarka) – “Lester Siti” (İngiltərə) - 1:4;

“Partizan” (Serbiya) – “Sparta Praqa” (Çexiya) - 1:0;

“Makkabi Tel-Əviv” (İsrail) - PSV (Niderland) - 0:1;

“Budyo-Qlimt” (Norveç) – “Seltik” (Şotlandiya) - 3:1;

“Slaviya Praqa” (Çexiya) – “Fənərbağça”" (Türkiyə) - 3:2;

“Vitess” (Niderland) – “Rapid Vyana” (Avstriya) - 1:2;

PAOK (Yunanıstan) – “Midtyulland” (Danimarka) - 0:1.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO