Qubada ağaclar kütləvi şəkildə qırılır, araşdırma başlandı - FOTO

Qubada ağaclar kütləvi şəkildə qırılır, araşdırma başlandı - FOTO

Hazırda oxunan: Qubada ağaclar kütləvi şəkildə qırılır, araşdırma başlandı - FOTO

0:00
0:00
61150

Quba rayonunun Dağlı kəndindən Vladimirovka kəndinə gedən qoruyucu su arxının yanındakı ərazidə ağacların kütləvi şəkildə kəsildiyi barədə xəbər vermişdik.

Ağac kəsilən ərazidə araşdırma aparan əməkdaşların Bizim.Media-ya verdiyi məlumata görə, qırılan ərazi meşə zolağı deyil, pay torpağı ərazisidir.

Faktla bağlı araşdırma gedir. Məsələ ilə bağlı Quba rayon polis şöbəsinə rəsmi müraciət ediləcək.
 

*** 15:44

Quba rayonunun Dağlı kəndindən Vladimirovka kəndinə gedən qoruyucu su arxının yanındakı meşə zolağında ağaclar kütləvi şəkildə kəsilir.

Bu barədə Bizim.Media-ya rayonda çıxan "Şəfəq" qəzetinin redaktoru Qəhrəman Qasımov məlumat verib.

Onun sözlərinə görə, meşə zolağında qanunsuz olaraq palıd, akasiya ağacları fəhlələr tərəfindən  kəsilir. 

Fəhlələrə göstərişin kim tərəfindən verildiyi məlum deyil. Ən azı yarım hektar meşə massivində ağaclar kəsilib.

Qəhrəman Qasımovun sözlərinə görə, meşə sahəsinin kütləvi şəkildə məhv edildiyini görüb. Ekologoya və Təbii Sərvətlər Nazirliyinin 5 saylı idarəsinin əməkdaşlarını əraziyə çağırıb.

Hazırda 5 saylı ekologoya və təbii sərvətlər şöbəsinin əməkdaşları araşdırmaya başlayıb. 

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO