Yeni icra başçıları Prezidentə nə söz verdilər? – TƏFƏRRÜAT  

Yeni icra başçıları Prezidentə nə söz verdilər? – TƏFƏRRÜAT  

Hazırda oxunan: Yeni icra başçıları Prezidentə nə söz verdilər? – TƏFƏRRÜAT  

0:00
0:00
60734

Yeni təyin edilən icra başçıları Prezident İlham Əliyevə etimadını doğruldacaqlarına söz veriblər. 

Bizim.Media xəbər verir ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin yeni təyin olunan başçısı Coşqun Cəbrayılov fevralın 18-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib: 
 

MÖVZU İLƏ BAĞLI:

Prezident yeni icra başçılarını videoformatda qəbul edib


"Möhtərəm cənab Prezident, mənə göstərdiyiniz bu böyük etimada görə Sizə öz dərin minnətdarlığımı bildirirəm. Söz verirəm ki, fəaliyyətim dövründə bu böyük etimadı doğrultmaq üçün var gücümlə çalışacağam. 

Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev Prezident İlham Əliyevə göstərdiyi bu böyük etimada görə dərin minnətdarlığını bildirib:

"Sizin Sərəncamınızla təyinat almaq həm böyük şərəf, həm də çox böyük məsuliyyətdir. Sizin qarşıya qoyduğunuz bütün vəzifələri icra etmək, böyük etimadınızı doğrultmaq üçün var qüvvəmlə çalışacağıma söz verirəm". 

Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov da Prezidentə göstərdiyi bu böyük etimada görə dərin minnətdarlığını bildirib:

"İşimizi Sizin müəyyən etdiyiniz müasir idarəetmə prinsipləri üzərində qurmaqla bu etimadı doğrultmağa çalışacağam". 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 18-də Coşqun Cəbrayılovu Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısı, Elgin Həbibullayevi Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı və Elxan İbrahimovu Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO