BMT-nin Qarabağa gözlənilən SƏFƏRİ – Təzminat məsələsini gündəmə gətirəcək

BMT-nin Qarabağa gözlənilən SƏFƏRİ – Təzminat məsələsini gündəmə gətirəcək

Hazırda oxunan: BMT-nin Qarabağa gözlənilən SƏFƏRİ – Təzminat məsələsini gündəmə gətirəcək

60696

“BMT nümayəndələri yaxın vaxtlarda Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər edəcək və orada qiymətləndirmə missiyası həyata keçiriləcək”.

Bu bəyanatla BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreeva Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşdə çıxış edib. 
 

MÖVZU İLƏ BAĞLI:

BMT rəsmisindən Azərbaycanla bağlı AÇIQLAMA


Təbii ki, ən nüfuzlu beynəlxalq təşkilatın nümayəndəsinin Qarabağ və şərqi Zəngəzura səfər edərək, ermənilər tərəfindən törədilmiş vandallıq və barbarlıq əməllərinə canlı şahid olması gələcəkdə rəsmi Bakının qlobal arenada təzminat məsələsini gündəmə gətirməsində mühüm rol oynaya bilər.

Politoloq Tofiq Abbasov da səfərin təzminat məsələsinin vacibliyi barəsində bizimlə həmfikirdir:

“BMT tərkibindəki vacib strukturlar var ki, müharibə ilə bağlı məsələlərə xüsusi diqqət yetirirlər. Əlbəttə ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilər haqqında həmfikir olmaq BMT tərəfi üçün son dərəcə vacibdir. Burada Azərbaycan dövləti də öz üzərinə düşən missiyanı tam şəkildə həyata keçirir ki, beynəlxalq qurumlar vəziyyətlə bağlı tam məlumatlı olsunlar, həm də işlək mexanizmlər tapsınlar”.

Müharibənin Azərbaycan üzərində ağrılı izlər qoyduğunu qeyd edən Tofiq Abbasov həmin izlərin silinməsi üçün vəsaitlərlə yanaşı, yeni çözüm yollarına ehtiyac olduğunu da qeyd edib:
 

“Bu məsələdə təkcə vəsaitlər yox, fərqli yanaşmalar da lazımdır. İlk növbədə bütün bərpa proseslərinin konvensiyası olmalıdır. Dünyada ölkələrində də bu cür təcrübə var. BMT müəyyən mənada oxşar işlərdə təcrübə toplayıb.


O səbəbdən də, məlumatlı olmaq BMT üçün ona görə lazımlıdır ki, Azərbaycanın ağrılı məsələlərinə emosional canıyananlıq etməsinlər, əməli iş görsünlər. Bu təmaslar zəmnində gələcəkdə yeni məsləhətləşmələr, görüşlər və qarşılıqlı fəalliyət olacaq. Bu bizim üçün həm də ona görə vacibdir ki, müharibənin fəsadlarından tez bir zamanda qurtula bilək. Digər tərəfdən də bərpa işlərini lazımi qaydada həyata keçirək”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO