Azərbaycanda iki nazirlik arasında Protokol imzalandı - FOTO 

Azərbaycanda iki nazirlik arasında Protokol imzalandı - FOTO 

Hazırda oxunan: Azərbaycanda iki nazirlik arasında Protokol imzalandı - FOTO 

60595

Bu gün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Təhsil Nazirliyi arasında Niyyət Protokolu imzalanıb.

Bizim.Media-ya daxil olan məlumata görə, sənədi nazirlər - Rəşad Nəbiyev və Emin Əmrullayev imzalayıb.

Protokolun imzalanmasında əsas məqsəd ümumi təhsil müəssisələri üçün rəqəmsallaşma, innovasiyalar və təhsilin inkişafına töhfə verəcək məsələlərə dair əməkdaşlığın həyata keçirilməsidir.
 

MÖVZU İLƏ BAĞLI:

Təhsil nazirinə yeni hüquqlar verildi – QANUNA DƏYİŞİKLİK


Bu çərçivədə ilk olaraq Sumqayıt şəhərində yerləşən “İstedad” liseyinin nəzdində “İnnovasiyalar” mərkəzi yaradılacaq.

Mərkəzin yaradılması riyaziyyat, informatika, robotiks sahəsində istedadlı şagirdlərin aşkar edilməsi, onların potensialının inkişaf etdirilməsi, informasiya texnologiyaları üzrə bacarıqlarının, kodlaşdırma qabiliyyətlərinin artırılması, eləcə də şagirdlərin yerli və beynəlxalq olimpiadalara, müsabiqələrə hazırlanmasının təşkili məqsədi daşıyır.

Mərasimdə çıxış edən təhsil naziri Emin Əmrullayev Niyyət Protokolunun imzalanmasını yüksək qiymətləndirib. Təhsil naziri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən irəli sürülən bu təşəbbüsün istedadlı şagirdlərin bacarıqlarının aşkarlanaraq inkişaf etdirilməsi, innovativ təhsil layihələrinin həyata keçirilməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. 

Çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev bildirib ki, cənab Prezident İlham Əliyevin müəyyən etdiyi “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə əsasən ölkəmizdə güclü insan kapitalı və innovasiya məkanı yaradılmalıdır.

Buna yalnız dəqiq elmlər, texnologiyalar, informasiya texnologiyaları üzrə bilikləri artırmaqla, bu sahədə mütəxəssislər yetişdirməklə nail ola bilərik.

İmzalanma mərasimindən sonra nazirlər liseydə yaradılmış şəraitlə tanış olub, şagirdlərlə görüşərək onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO