Müsəlmanların məruz qaldıqları ayrı-seçkilik, islamafob rəftara toxunan “New York Times” qəzeti Fransadakı müsəlmanların ölkəni tərk etməyə başladığını yazıb.
Bizim.Media xəbər verir ki, “Müsəlmanlar Fransanı sakitcə tərk edir” başlıqlı xüsusi xəbərdə Fransanı tərk edən müsəlmanların sayının günü-gündən artdığı vurğulanarkən, ölkədə keçirləcək prezident seçkiləri kampaniyalarında miqrasiya müzakirələrinin daha çox müzakirə olunduğu, dərin böhrana işarə edildiyi də bildirilib.
Digər Avropa ölkələrindən daha az miqrant qəbulu
Prezident Makronun üç ən yaxın rəqibinin seçki kampaniyalarında “anti-immiqrasiya”ya daha çox önəm verdiyini ifadə edən Fransanın son illərdə bir çox Avropa ölkəsindən daha az miqrant qəbul etdiyi qeyd edilib.
Fransadan ayrılan 900 müsəlman arasında sorğu keçirən Lil Universitetindən professor Oliver Esteves: “Bu insanlar Kanada və İngiltərə kimi ölkələrin iqtisadiyyatına qatqı təmin edəcək, Fransa öz quyusunu qazır”, - deyib.
Xəbərdə sağ mərkəzçi namizəd Valeri Pekress tərəfindən “Fransa olmayan bölgələr” kimi ifadələrlə əhalisinin 10%-ni təşkil edən müsəlmanların cinayət və digər sosial problemlərlə əlaqələndirməsi diqqət çəkib.
Mia Quliyeva, Bizim.Media
- A-
- A
- A+
Dünya
13:21 / 14.02.2022
Müsəlmanlar Fransanı tərk edirlər - İslamafobiyanın nəticəsi
Hazırda oxunan: Müsəlmanlar Fransanı tərk edirlər - İslamafobiyanın nəticəsi
Hazırda oxunan: Müsəlmanlar Fransanı tərk edirlər - İslamafobiyanın nəticəsi
0:00
0:00
60078
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.