Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi" MMC ("Baktelecom") fevralın 14-dən 21-nə qədər paytaxtda internetin kəsiləcəyi ilə bağlı kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.
Bizim.Media xəbər verir ki, bu barədə qurumdan bildirilib.
“Bir sıra saytlarda və sosial şəbəkələrdə CDMA (Code Division Multiple Access) şəbəkəsindəki profilaktik tədbirlərlə əlaqədar internet xidmətində 1 həftə fasilələrin yaranacağı başlıqlı xəbər yer alıb.
Nəzərinizə çatdırırıq ki, CDMA - simsiz telefon xidmətidir və bu şəbəkə üzərindən abunəçilərə internet xidməti ötürülmür.
14-21 fevral tarixlərində nəzərdə tutulan təkmilləşdirmə işləri zamanı fasilələr yalnız 511 və 555 prefiksli simsiz telefon xidmətində yaranacaq”, - deyə şirkət bəyan edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:16 / 14.02.2022
Paytaxtda internet kəsiləcək? - “Baktelecom” aydınlıq gətirdi
Hazırda oxunan: Paytaxtda internet kəsiləcək? - “Baktelecom” aydınlıq gətirdi
Hazırda oxunan: Paytaxtda internet kəsiləcək? - “Baktelecom” aydınlıq gətirdi
60056
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.