Bakıda yenidən dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq

Bakıda yenidən dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq

Hazırda oxunan: Bakıda yenidən dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq

59859

Bakıda yenidən dünyanın ən hündür bayraq dirəyi quraşdırılacaq.  

Bizim.Media sosial şəbəkələrə istinadən xəbər verir ki, bu dəfə Türkiyənin "Çimtaş” şirkəti bu işi üzərinə götürüb.  

Dirəyin hündürlüyü 191 m olacaq. Dirək əsasından yuxarıya qədər diametri 5,7 m-dən 2 m-ə qədər, çəkisi 230 ton ilə 13 ton arasında olan 9 polad konusvari boru seqmentindən və yuxarıda yerləşdiriləcək fırlanan seqmentdən ibarət olacaq. 

Qeyd edək ki, Azərbaycan Bayraq Meydanı 2010-cu il sentyabrın 1-də yaradılıb.

O zaman bayraq dirəyinin hündürlüyü 162 m idi. Bu bayraq dirəyi 2011-ci ilin may ayına qədər dünyanın ən hündür bayraq dirəyi idi. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO