Fərid Qayıbov Pekin olimpiadası üçün Çinə getdi

Fərid Qayıbov Pekin olimpiadası üçün Çinə getdi

Hazırda oxunan: Fərid Qayıbov Pekin olimpiadası üçün Çinə getdi

0:00
0:00
59855

Gənclər və idman naziri Fərid Qayıbov Pekin-2022 Qış Olimpiya Oyunları ilə bağlı Çinə səfər edib. 

Nazirliyin Mətbuat xidmətinin rəhbəri Qabil Mehdiyevin Bizim.Media-ya verdiyi məlumata görə, nazir Azərbaycanın fiqurlu konkisürəni Yekaterina Ryabova ilə görüşəcək və onun çıxışlarını izləyəcək.

19 yaşlı idmançının özü bu gün Çinin paytaxtında olacaq. Qeyd edək ki, Pekin olimpiadasında Azərbaycanı bir idman növü üzrə 2 idmançı təmsil edir.

Digər fiqurlu konkisürən Vladimir Litvintsev olimpiadanı 18-ci pillədə başa vurub. Ryabova fevralın 15-də qısa proqramda məharətini göstərəcək. O, "24-lüy"ə düşəcəyi təqdirdə fevralın 17-də sərbəst proqramda yarışacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO