Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki restoranlardan birində karantin qaydalarına zidd olaraq yas məclisi təşkil edilməsinin qarşısı alınıb.
Bizim.Media Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, rayon polis idarəsinin əməkdaşları həmin restoranda profilaktik tədbir keçirən zaman yas mərasimini sifariş edən A.Mehralıyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 400 manat məbləğində cərimə olunub.
Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq mərasimi təşkil edən restoranı icarə əsasında işlədən M.Muradov barəsində protokol tərtib edilib və məhkəməyə göndərilib.
Həmin şəxs məhkəmənin qərarı ilə səkkiz sutka inzibati qaydada həbs edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:42 / 12.02.2022
Lökbatanda yas məclisi aşkarlandı - CƏRİMƏ və 8 SUTKA HƏBS
Hazırda oxunan: Lökbatanda yas məclisi aşkarlandı - CƏRİMƏ və 8 SUTKA HƏBS
Hazırda oxunan: Lökbatanda yas məclisi aşkarlandı - CƏRİMƏ və 8 SUTKA HƏBS
59842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.