Futbol üzrə klublararası dünya çempionatının finalçıları bəlli oldu

Futbol üzrə klublararası dünya çempionatının finalçıları bəlli oldu

Hazırda oxunan: Futbol üzrə klublararası dünya çempionatının finalçıları bəlli oldu

0:00
0:00
59429

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən futbol üzrə klublararası dünya çempionatının finalçıları müəyyənləşib.

Bizim.Media xəbər verir ki, ikinci yarımfinal oyununda Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasını 1:0 hesabı ilə məğlub edən İngiltərənin "Çelsi" klubu finala yüksəlib.

Həlledici görüşdə "Çelsi" Braziliyanın “Palmeyras” komandası ilə üz-üzə gələcək. Üçüncü yer uğrunda matçda isə "Əl-Hilal" "Misirin "Əl-Əhli" klubu ilə qarşılaşacaq.

Hər iki görüş fevralın 12-də təşkil olunacaq.

Çempionatın hazırkı qalibi Almaniyanın “Bavariya” komandasıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO