Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB

Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB

Hazırda oxunan: Azərbaycan yığması İrəvandakı Avropa çempionatına gedəcək? - Sahil Babayevdən CAVAB

59337

"Bu sualı cavablandırmaq üçün hələ tezdir. Baş məşqçimizlə, baş katiblə, idmançılarla bu istiqamətdə görüşümüz olacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri Azərbaycan Boks Federasiyasına prezident seçilən Sahil Babayev "Boksçularımız Ermənistanda keçiriləcək Avropa çempionatına gedəcəklərmi" sualını cavablandırarkən deyib.

O, boksçularımızın istənilən yarışa qaıtmağa hazır olduğunu bildirməklə yanaşı, qərarı idmançıların özləri və məşqçilərin verəcəyini qeyd edib:

"Azərbaycan idmanı üçün ən xeyirli addımı atacağıq. Azərbaycan idmançısı istənilən arenada nəinki idman yarışına çıxmaq, ona qalib gəlmək gücündədir. Əlbəttə ki, müvafiq hazırlıq və digər meyarlar baxımından peşəkarlarla qiymətləndirmə aparmalıyıq. Yekun qərar idmançılarımız və məşqçilərimizdən asılıdır. Bu mənada ana amil idman olacaq".

Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda İrəvanda keçirilməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO