Azərbaycan Boks Federasiyasına yeni prezident seçildi

Azərbaycan Boks Federasiyasına yeni prezident seçildi

Hazırda oxunan: Azərbaycan Boks Federasiyasına yeni prezident seçildi

59308

Azərbaycan Boks Federasiyasında (ABF) hesabat-seçki konfransı keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Gənclər və İdman Naziriliyinin inzibati binasında baş tutub.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev federasiyanın prezidenti seçilib. O, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovu əvəzləyib.

K.Heydərov 2021-ci il dekabrın 30-da Azərbaycan Taekvondo Federasiyasının prezidenti vəzifəsinə yenidən seçildiyi üçün ikinci federasiyadakı postundan istefa verməli olub.
Qeyd edək ki, ABF-yə 2009-cu il yanvarın 23-dən Kəmaləddin Heydərov, daha əvvəl isə Ağacan Abiyev rəhbərlik edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO