Xaçmaz rayonunda həkim ÇATIŞMAZLIĞI - 26 həkim üçün vakansiya var

Xaçmaz rayonunda həkim ÇATIŞMAZLIĞI - 26 həkim üçün vakansiya var

Hazırda oxunan: Xaçmaz rayonunda həkim ÇATIŞMAZLIĞI - 26 həkim üçün vakansiya var

0:00
0:00
59153

Xaçmaz rayonunun tibb müəssisələrində 26 nəfər ixtisaslı həkimə ehtiyac var.

Bizim.Media-ya bu barədə rayon mərkəzi xəstəxanasının kadrlar şöbəsindən məlumat verilib.
 

MÖVZU İLƏ BAĞLI:

Azad edilmiş ərazilərdə daha 5 modul tipli xəstəxana tikiləcək 


Belə ki, rayon xəstəxanasında nevropotoloq, kardioloq, nefroloq, uroloq, infeksionist, onkoloq, anestezioloq, reanimatoloq həkim ixtisasları üzrə mütəxəssis çatışmazlığı var.

Həmçinin ultrasəs müayinəsi, təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim ixtisasları üzrə də mütəxəssislər tələb olunur.

Təkcə Xaçmazın Xudat şəhərindəki ailə-sağlamlıq mərkəzində 8 ixtisaslı kadr yeri boşdur. Bundan əlavə rayonun 44 həkim məntəqəsinin 20-də ailə həkiminə ciddi ehtiyac var.

Son günlər ölkədə koronavirusun "Omikron" ştamının yayılmasını nəzərə alsaq, şimal rayonlarında virusla mübarizədə həkim çatışmazlığı özünü daha çox göstərir. Həkim qıtlığı koronavirusdan əlavə rayon sakinlərinin lazımi tibbi yardım almalarında çətinlik yaradır. Ağır xəstələri bəzən rayon mərkəzi xəstəxanasına çatdırmaq onun həyatı bahasına başa gəlir.

Yerli icra orqanları rayona həkim kimi işləməyə gələnlərə xüsusi şəraitin yaradılmasına da təşəbbüs edirlər.

Gənc həkimlərin qalması, yaşaması üçün ev, torpaq məsələsinin də həlli gündəmdədir. Amma uzun müddətdir ki, problem həllini tapmır, kadr çatışmazlığı davam edir.
 

Bəs rayonda həkim çatışmazlığı hansı səbəbdəndir? Tibb Universitetinin məzunları nə üçün rayonlarda həkim kimi çalışmaqdan çəkinirlər? Bakıya yaxın ərazidə yerləşən, həmçinin turizm mərkəzi kimi tanınan Xaçmazda niyə həkim kimi işləmək istəmirlər? 


Növbəti araşdırmamız bu barədə olacaq.

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO