Bakıda mebel sexində YANĞIN – VİDEO 

Bakıda mebel sexində YANĞIN – VİDEO 

Hazırda oxunan: Bakıda mebel sexində YANĞIN – VİDEO 

59013

Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verib. 

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib. 

Qeyd edilib ki, bu gün səhər saatlarında nazirliyin "112" qaynar telefon xəttinə Keşlə qəsəbəsində yerləşən mebel sexində yanğın baş verməsi barədə məlumat daxil olub:

"Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
Yanğından mühafizə qüvvələrinin vaxtında və çevik müdaxiləsi sayəsində sexdəki yanğının genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülməsi təmin edilib. Yanğın nəticəsində ümumi sahəsi 200 m² olan mebel sexinin içərisində 10 m² sahədə taxta materiallar yanıb, sex və içərisindəki materialların böyük hissəsi yanğından mühafizə olunub". 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO