Sumqayıtda qonşusu tərəfindən amansızca öldürülən şəxsin FOTOLARI 

Sumqayıtda qonşusu tərəfindən amansızca öldürülən şəxsin FOTOLARI 

Hazırda oxunan: Sumqayıtda qonşusu tərəfindən amansızca öldürülən şəxsin FOTOLARI 

0:00
0:00
58960

Fevralın 3-ü saat 22:00 radələrində Sumqayıt şəhəri Səməd Vurğun küçəsində 1970-ci il təvəllüdlü Sədiyar Novruzov qətlə yetirilib. 

Bizim.Media xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən Ramin Nəzərli tutularaq istintaqa cəlb olunub. 

2000-ci il təvəllüdlü Ramin Nəzərlinin şəxsi münasibətlər zəmnində aralarında yaranan mübahisə zamanı bıçaqla Sədiyar Novruzova xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Bildirilir ki, hadisə vaxtı Sədiyar çay evində dostları ilə çay içirmiş, bu zaman onu qonşusu Ramin çölə çağırıb və mübahisə zəminində 22 yaşlı oğlan özündən 30 yaş böyük şəxsə kəsici alətlə xəsarət yetirib. Qara ciyəri zədələnən və daxili qanaxma nəticəsində çoxlu qan itirən Sədiyar Novruzov vəfat edib.  

Ramin Nəzərli şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. 

Azxeber.com amansızlıqla qətlə yetirilən şəxsin fotolarını əldə edib. Həmin şəkilləri təqdim edirik: 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO