Daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirində yarımfinala yüksəldi

Daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirində yarımfinala yüksəldi

Hazırda oxunan: Daha bir cüdoçumuz “Böyük dəbilqə” turnirində yarımfinala yüksəldi

58886

Parisdə keçirilən “Böyük dəbilqə” turniri davam edir.

Bizim.Media xəbər verir ki, komandamızın daha bir üzvü - Məmmədəli Mehdiyev (90 kq) turnirin yarımfinalına vəsiqə qazanıb.

MÖVZU İLƏ BAĞLI:

“Böyük dəbilqə”: Cüdoçumuz Uşangi Kokauri yarımfinala vəsiqə qazandı


Cüdoçumuz yarmfinala gedən yolda Rafael Macedo (Braziliya) və Türkiyə təmsilçisi Mihael Zganka qalib gəlib.

Qeyd edək ki, millimizin digər üzvü Uşangi Kokauri (+100 kq) də yarımfinalda mübarizə aparacaq. Onun bu mərhələdə rəqibi Cənubi Koreya təmsilçisi Minjonq Kim olacaq.

Azərbaycan bu gün başa çatacaq yarışda 6 cüdoçu ilə təmsil olunur. Komandamızın aktivində hələlik medal yoxdur.

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO