Fevralın 8-də 2007 UY1 asteroidi Yerə yaxınlaşacaq. O, planetdən beş milyon kilometrdən bir qədər çox məsafədə olacaq. Bu da Yerdən Aya təxminən 14 məsafə ölçüsündədir.
Bizim.Media RİA Novosti agentliyinə istinaədn xəbər verir ki, bu barədə informasiyanı NASA yayıb.
Göy cisminin diametri 150 metrə çata bilər. Bu, o deməkdir ki, nəzəri olaraq toqquşma zamanı planetə ciddi ziyan vura bilər.
Bundan əlavə, 2007 UY1 Aton asteroidlər qrupuna aiddir, yəni onun orbiti Yerin orbiti ilə içəridən kəsişir.
2007 UY1 ilk dəfə 2007-ci ildə kəşf edilib. Asteroid təhlükəli hesab edilmir. Hazırkı hesablamalara görə, onun bir gün Yerlə toqquşması ehtimalı olduqca kiçikdir.
Proqnozlarına görə, 2029-cu ilin yazında Apofis asteroidi Yerə geostasionar peyklərin orbitlərinin hündürlüyü ilə müqayisə oluna biləcək çox yaxın məsafədə yaxınlaşacaq.
Roskosmos onun Yerlə toqquşma ehtimalını “çox kiçik” kimi qiymətləndirir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 06.02.2022
Futbol meydançası boyda asteroid Yerə yaxınlaşır
Hazırda oxunan: Futbol meydançası boyda asteroid Yerə yaxınlaşır
Hazırda oxunan: Futbol meydançası boyda asteroid Yerə yaxınlaşır
58848
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.