Azərbaycan Ordusunda “Həyəcan” siqnalı – TANKLAR hərəkətə gətirildi - VİDEO

Azərbaycan Ordusunda “Həyəcan” siqnalı – TANKLAR hərəkətə gətirildi - VİDEO

Hazırda oxunan: Azərbaycan Ordusunda “Həyəcan” siqnalı – TANKLAR hərəkətə gətirildi - VİDEO

58671

Cari ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun mexanikləşdirilmiş və tank bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir.

Ümumqoşun təlim mərkəzlərində keçirilən dərslərdə bölmələr “Həyəcan” siqnalı ilə qaldırılaraq cəmləşmə rayonlarını tutublar.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti yayıb.

Mənbə qeyd edir ki, Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla, müasir idarəetmə üsullarının tətbiq edilməsi ilə keçirilən dərslərdə bölmələr digər qoşun növləri ilə qarşılıqlı əlaqədə yerdəyişmə tapşırıqlarını icra edir.

Məşğələlərdə əsas diqqət heyətlərin zirehli texnikaları çətin keçilən ərazilərdə idarə etməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərinin yüksəldilməsinə, o cümlədən müxtəlif manevrlər etməklə atış çalışmaları yerinə yetirməsinə yönəldilir.
Həmçinin komandir və müvafiq vəzifəli şəxslərin bilik səviyyəsi, eləcə də idarəetmə və çevik qərar qəbuletmə vərdişləri inkişaf etdirilir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO