Azərbaycan qazını daşıyacaq İon-Adriatik kəmərinin tikintisinin layihə şirkəti açıqlandı

Azərbaycan qazını daşıyacaq İon-Adriatik kəmərinin tikintisinin layihə şirkəti açıqlandı

Hazırda oxunan: Azərbaycan qazını daşıyacaq İon-Adriatik kəmərinin tikintisinin layihə şirkəti açıqlandı

0:00
0:00
58642

İon-Adriatik qaz kəmərinin (IAP) tikintisi üçün Xorvatiyanın Split şəhərində yerləşən layihə şirkəti və qaz kəmərinin keçdiyi dörd ölkədən səhmdarlar məsuliyyət daşıyacaq. 

Bizim.Media bu barədə EURACTIV nəşrinə istinadən məlumat verir. 

Qeyd olunur ki, pandemiya və digər bazar şərtləri Avropanın ən böyük enerji layihələrinin reallaşdırılmasını ləngidib. 

Marşrutun çətinliyi, eləcə də dörd ölkənin və dörd operatorun fəaliyyətinin əlaqələndirilməsi işin sürətinə və layihənin reallaşmasına təsir edir. 

Bugünədək Xorvatiya IAP-ın tikintisinin hazırlıqları üçün Aİ fondlarından 3,5 milyon avro vəsait əldə edib. Monteneqro ilə Bosniya və Herseqovina da Brüsselden ümumilikdə 4,2 milyon avro vəsait alıb. 
Qeyd edək ki, IAP layihəsi başa çatdıqdan sonra Cənub-Şərqi Avropanın bir çox ölkəsi qaz nəqli üçün Trans-Adriatik boru kəmərinə (TAP) qoşula bilər. 

Uzunluğu 516 kilometr olan boru kəməri Albaniya, Monteneqro, Bosniya və Herseqovinadan keçərək Xorvatiyada başa çatacaq. Boru kəmərinin buraxılış gücü ildə 5 milyard kubmetr qaz təşkil edəcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO