Azərbaycan Həndbol Federasiyasında (AHF) hesabat-seçki konfransı keçirilib.
Bizim.Media-nın məlumatına görə, tədbir Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.
AHF-in hazırkı prezidenti Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yenidən qurumun rəhbəri seçilib.
İdarə Heyətinə isə İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev üzv kimi daxil olub.
Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.
Bizim.Media