“Ölkəmiz yağlı əppəkdir, hər kəs bir tikə qoparmaq istəyir” – Millət vəkili

“Ölkəmiz yağlı əppəkdir, hər kəs bir tikə qoparmaq istəyir” – Millət vəkili

Hazırda oxunan: “Ölkəmiz yağlı əppəkdir, hər kəs bir tikə qoparmaq istəyir” – Millət vəkili

58135

İş adamlarının əsas problemi qanuni və ya qanunsuz yoxlamaların dayandırılması deyil. Ölkədə biznes mühitinə olan inamdır. Bizim sahibkarlar azərbaycansayağı məsələlərə onsuz da öyrəşiblər. Kim işləyirsə, pis-yaxşı dırnaq içərisində “qaydalar”a uyğun işləyəcək, amma uzunmüddətli kapital yatırımı etməyəcək. Çalışacaq ki, bu gün yatırım etsin, sabah isə gəlir götürsün. Bu da sabaha olan inamsızlıqdan irəli gəlir. 

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Razi Nurullayev Milli Məclisdə çıxışı zamanı səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Fazil Mustafa: “Bu cərimədən başqa nə artım varsa, hamısı ədalətsizdir” - VİDEO


Belə ki, Azərbaycandakı iş adamları və biznes mühiti haqqında fikirlərini bölüşən deputat bir sıra xoşagəlməz hallardan danışıb: 

“Hətta, dünən bir nəfər yaxşı tanıdığım şəxs mənə dedi ki, bir yaxın dostu 10 milyonluq iş görür və buna görə 10 milyonluq yatırım edib. 10 milyonluq yatırımın 2 milyonunu alıblar ki, sənə gəlirli sahə üzrə şərait yaratmışıq. Ad çəkmirəm, çünki, o şəxslərin də sabah üz-üzə gələndə sözlərindən qaçmayacağına əminliyim yoxdur. Etibar edib deyiblər, amma mən burada olmasa da ayrılıqda bu faktı bölüşə bilərəm”.

Razi Nurullayevin sözlərinə görə, xarici sərmayəçilərin ölkəyə investisiya yatırması ilə bağlı da ciddi problemlər var:

Bizim üçün xarici sərmayəçiləri cəlb etmək lazımdır. Onlar isə gəlmək istəmir. Gəlmək istəyənlərin və yaxud gələnlərin əksəriyyəti azərbaycansayağı işləmək istəyənlərdir. Nədən bilirəm? Çünki, onlarla xarici biznesmen mənə yaxınlaşıb və qeyri-qanuni yollarla işləmək istədiyini deyib. Çoxunu da bizim pul ilə işləmək və qazanmaq maraqlandırır. Elə bil ki, ölkəmiz bir yağlı əppəkdir, hər kəs əlində bıçaq çəngəl bir tikə qopartmaq istəyir.

Bizə isə belələri yox, uzunmüddətli sərmayə qoyan iş adamları maraqlı olmalıdır. Onlar maraqlı olsunlar ki, bu ölkəyə pul yatırıb pul qazanacaqlar. Maraqlı deyillər, çünki, bizim qaydalarımız onlar üçün şəffaf, proqnozlaşdırıla bilən və təhlükəsiz deyil”.


Razi Nurullayev neft və qaz şirkətlərinin ölkə iqtisadiyyatına investisiya ayıran şirkətlərlə bağlı da fikirlərini bölüşüb:
 

“Neft və qaz şirkətləri niyə gəldilər və on milyardlarla vəsait xərclədirlər? Çünki, onların yatırımı bizim qanunlarla qorunmur, onlar burada öz qanunları ilə işləyirlər və işə başlayandan sonra heç kim onlara bizim qaydalar üzrə diktə edə bilmir.


Onun üçün də xarici sərmayədarları bu ölkəyə cəlb etmək üçün hüquqi addımlar atılsın. Gözəl danışmağı, rəngli kağızlarda, gözoxşayan rənglərlə təqdimat etməyi bütün vəzifəli şəxslər gözəl bacarırlar. Amma, bu parlaqlığın arxasında yüzlərlə qaranlıq məqamlar var və onlar imkan vermir ki, xarici iş adamları qeyri-neft sektoruna ciddi yatırımlar etsinlər”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO