İngiltərə Avropanı yoluxdurmağa başladı

İngiltərə Avropanı yoluxdurmağa başladı

Hazırda oxunan: İngiltərə Avropanı yoluxdurmağa başladı

5812

Böyük Britaniyada aşkar edilmiş koronavirusun mutasiyaya uğramış yeni forması Niderlandda, Danimarkada və Avstraliyada da qeydə alınıb.

Bizim.Media xəbər verir ki, məlumatı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) bəyanatına istinadən BBC yayıb.

İnfeksiyanın yeni növü daha sürətli yayılır, amma çox öldürücü hesab edilmir. Onun vaksinlərə başqa cür reaksiya verməsinə dair sübutlar yoxdur.

Qeyd edilir ki, ÜST koronavirusun yeni növünün yaranması ilə bağlı Böyük Britaniyanın rəsmi şəxsləri ilə sıx əlaqədədir.

Bir neçə gün əvvəl Britaniya alimləri koronavirusun yeni, mutasiya etmiş variantını aşkarlayıblar. Böyük Britaniyanın Səhiyyə Nazirliyinin başçısı Mett Xenkok bildirib ki, bu, İngiltərənin cənub-şərq hissəsində xəstəliyin sürətli yayılması ilə bağlı ola bilər. Həmin vaxt ölkənin cənubunda yeni ştamla təxminən 1 000 yoluxma qeydə alınıb.

Artıq Londonda infeksiyanın yayılması təhlükəsinin dördüncü (maksimal) səviyyəsi elan edilib. Mağazalar, gözəllik salonları, idman zalları, restoran və kafelər bağlanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO