SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödədi

SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödədi

Hazırda oxunan: SOCAR yeni istiqrazlarına görə ilk faizləri ödədi

58096

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ötən il noyabrın 1-nə dövriyyəyə buraxdığı yeni istiqrazlarına görə ilk faiz ödənişini həyata keçirib.

Bu barədə Bizim.Media SOCAR-ın törəmə şirkəti - "SOCAR Capital" MMC-dən bildirilib.

Məlumatda deyilir ki, 100 milyon ABŞ dolları məbləğində buraxılmasına baxmayaraq 400 milyon dollara yaxın tələbat olmuş bu istiqrazlar artıq sahiblərinə 1,125 milyon dollar gəlir gətirib.

Xatırladaq ki, nominal dəyəri 1 000 dollar olan 100 min ədəd istiqrazın tədavül müddəti 5 il, illik gəlirliliyi isə 4,5%-dir. Faizlər rübdə bir dəfə ödənilir.

İstiqrazların dövriyyəyə buraxıldığı ilk 3 ay ərzində onlarla 17 milyon dollarlıq təkrar bazar əməliyyatı aparılıb, 100-dən çox əqd bağlanılıb, istiqrazlar "Bakı Fond Birjası" QSC-də ən çox ticarət olunan korporativ qiymətli kağıza çevrilib, bu günə qədərki ən yüksək qiymət olan (1-ci SOCAR İstiqrazları da daxil) 1 090 dollardan alqı–satqı əməliyyatları baş tutub. Bütün bunlar isə SOCAR-ın yeni İstiqrazlarına olan yüksək tələbatın davam etməsindən xəbər verir.

İstiqraz sahibləri uyğun şərtlərdə REPO əməliyyatı vasitəsilə qısamüddətli kredit götürə, eyni zamanda istiqrazlarını müvafiq bankda girov qoymaqla, 14–15%-lə manat krediti cəlb edə bilərlər.

Belə olan halda, istiqraz sahibləri 4.5%-lik gəlirlərini itirmir və götürdükləri kreditin faktik faiz dərəcəsi 9–10%-ə düşür.

1 və 5 saylı “ASAN xidmət” mərkəzlərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək, əldə edilməsi mümkün olan SOCAR İstiqrazlarının növbəti faiz ödənişi bu il mayın 1-də baş tutacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO