Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazandı

Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazandı

Hazırda oxunan: Azərbaycanlı cüdoçu Qran-Pri turnirində gümüş medal qazandı

57881

Portuqaliyanın Almada şəhərində keçirilən Qran-Pri turniri başa çatıb.

Bizim.Media xəbər verir ki, yarışın son günündə iki cüdoçumuz mübarizə aparıb.

Belə ki, 100 kiloqram çəki dərəcəsində yarışa qatılan Adil Kərimli ilk qarşılaşmada israilli Stanislav Bançuka qalib gəlsə də, dörddəbir finalda xorvatiyalı Marko Kumriçə uduzub. 

Təsəlliverici görüşdə braziliyalı Rafael Buzacarini məğlub edən cüdoçumuz bürünc medal görüşündə ABŞ təmsilçisi L.A.Smitin öhdəsindən gələ bilməyib və medal şansını əldən verib.

Digər idmançımız – 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Uşangi Kokauri səkkizdəbir finalda konqolu Klemen Musumadiyə qalib gəlsə də, növbəti mərhələdə Yaponiya təmsilçisi Yuta Nakamuraya, təsəlliverici görüşdə isə seneqallı Mbaqnik Ndiayeyə məğlub olub.

Xatırladaq ki, Qran-Pri turnirində komandamızın üzvü Balabəy Ağayev (60 kq) gümüş medal qazanıb. Beləliklə, komandamız yarışı bir gümüş medalla başa vurub.

Azərbaycan 41 ölkədən 300-ə yaxın idmançının mübarizə apardığı turnirə 4 cüdoçu ilə qatılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO