"Youtube"da ən çox qazananlar - Siyahı

Hazırda oxunan: "Youtube"da ən çox qazananlar - Siyahı

5787

"Forbes" jurnalı "Youtube"dan ən çox qazanan şəxslərin adlarını açıqlayıb.

Bizim.Media xəbər verir ki, 2020-ci ildə ən çox qazanan 9 yaşlı Ryan olub. O, 29,5 milyon dollar qazancı ilə siyahıda birinci pillədədir. Bununla da o, üçüncü ildir ki, öz nəticəsini təkrarlayaraq ilk pillədəki yerini qoruyub. 

ABŞ-ın Texas şəhərində yaşayan Ryan ailəsinin təşəbbüsü ilə 2015-ci ildə kanalında video yayımlamağa başlayıb. "Ryans World" adlı kanal kiçik oğlana məxsus 9 kanaldan biridir.

Kanalın 41,7 milyon abunəçisi və 12,2 milyard baxışı diqqət çəkir. Əsasən "YouTube"da oyuncaqları nəzərdən keçirən Ryanın bir televiziya kanalında öz proqramı var.

"Forbes" jurnalının yayımladığı siyahıya əsasən "YouTube"da ən çox qazanan 10 kanal bunlardır:

1. Ryan Kaji – 29,5 milyon dollar

2. Mr Beast – 24 milyon dollar

3. Dude Perfect – 23 milyon dollar

4. Rhett and Link – 20 milyon dollar

5. Markiplier - 19,5 milyon dollar

6. Preston Arsement – 19 milyon dollar

7. Nastya – 18,5 milyon dollar

8. Blippi - 17 milyon dollar

9. David Dobrik - 16 milyon dollar

10. Jeffrey Lynn Steininger - 15 milyon dollar

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO