Ukraynada başlasa, Rusiya Gürcüstana da hücum edəcək? – Gela Vasadzedən TƏFƏRRÜAT 

Ukraynada başlasa, Rusiya Gürcüstana da hücum edəcək? – Gela Vasadzedən TƏFƏRRÜAT 

Hazırda oxunan: Ukraynada başlasa, Rusiya Gürcüstana da hücum edəcək? – Gela Vasadzedən TƏFƏRRÜAT 

57254

NATO Gürcüstanda təhlükəsizlik tədbirlərinə start verib. İnsanlarda sual yaranır ki, Ukrayna sərhəddindəki gərginlik fonunda Rusiya Gürcüstana hücum edə bilərmi? “Hər şey ola bilər”, - cavabı ilə şərhinə başlayan gürcü politoloq Gela Vasadze həm də bildirib ki, Gürcüstan Rusiya üçün mühüm strateji ərazidir.

Bizim.Media ilə fikirlərini bölüşən gürcü politoloqun fikrincə, insayder məlumatlarına əsaslanan Saakaşvilinin bəyanatından əlavə bu haqda yazanlar çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadan YENİ XƏBƏR: “Rusiya ilə müharibə başlayıb və...” – Vladimir Kopçak


Politoloq Fərhad Məmmədovdan da sitat gətirən Gela Vasadze Rusiyanın Gürcüstana hücumunu həm də Türkiyə və Azərbaycan arasında yarana biləcək uçurum adlandırıb. 

Bu həm də Türkiyənin Mərkəzi Asiya ilə əlaqələrini kəsə bilər və ümumiyyətlə, dünyadakı geosiyasi vəziyyəti dəyişər:

“Rusiya bu qərarı versə, Azərbaycan neft-qaz ixracını, satışını yalnız Rusiya vasitəsilə həyata keçirməli olacaq. Bu isə həm də qiymətə nəzarətdir. Ona görə də Ukraynadakı savaş hamıya toxunur. Buna görə də, hamı Ukraynanın müdafiəsində maraqlı olmalıdır”.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO