Müdafiə naziri iranlı həmkarı ilə müzakirələr apardı - FOTO

Müdafiə naziri iranlı həmkarı ilə müzakirələr apardı - FOTO

Hazırda oxunan: Müdafiə naziri iranlı həmkarı ilə müzakirələr apardı - FOTO

57135

İranda rəsmi səfərdə olan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu ölkənin müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştiani ilə görüşüb.

Müdafiə Nazirliyindən Bizim.Media-ya verilən məlumata görə, görüşdən əvvəl nazirlər sərgi salonunda nümayiş etdirilən müxtəlif təyinatlı hərbi məhsullarla tanış olublar.

Qonaqları İranda görməkdən məmnunluğunu ifadə edən general-mayor M.Gərayi Aştiani xalqlarımız arasında dini, tarixi, mədəni əlaqələrin mehriban dostluq ənənələrinə əsaslandığını vurğulayıb.

İranlı nazir xüsusi qeyd edib ki, Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf etməsi vacib amildir.

Öz növbəsində yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirən general-polkovnik Z.Həsənov Azərbaycan-İran əlaqələrinin böyük tarixi olduğunu və möhkəm təməllər üzərində qurulduğunu deyib.

General-polkovnik Z.Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək nazirini Azərbaycana rəsmi səfərə dəvət edib.

Görüşdə hərbi əməkdaşlığın inkişaf etməsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İran İslam Respublikasının Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyi arasında yaradılmış birgə işçi qrupunun fəaliyyəti, eləcə də ikitərəfli razılaşma əsasında həyata keçirilən tədbirlər yüksək qiymətləndirilib.

Azərbaycan və İran arasında hərbi, hərbi-texniki və hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri, ekspert qruplarının qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Sonda görüşün yekununa dair tərəflər arasında protokol imzalanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO